13 : 56 19 aprel
   
İdman

"Yuventus"un ulduzu adını “Real”ın tarixinə yazdı

2018-04-12 16:36 Baxılıb:   14

“Yuventus”un xorvatiyalı futbolçusu Mario Mandzukiçin dünənki matçın 76-cı saniyəsində vurduğu qol “Real Madrid”in tarixinə yazılıb.

 Bu qol ispanların Çempionlar Liqasında evində yediyi ən sürətli qol olub. İlk matçda əldə edilən 3:0 hesablı qalibiyyət “Real”ı ev oyununa rahat çıxmasına şərait yaradıb. Ancaq 76-cı saniyədə toru silkələyən top onlara soyuq duş təsiri bağışlayıb.

Mario Mandukiç bu qolla kifayətlənməyərək başla zərbə ilə “Real”ın qapıçısını bir daha kədərləndirib. Beləliklə, Mandzukiç Çempionlar Liqasında “Real Madrid”ə oyunun ilk yarısında 2 qol vuran yeganə futbolçu titulunu qazanıb.(Publika.az)

Bənzər xəbərlər