03 : 03 24 sentyabr
   
Siyasət

Monqolustan prezidenti İlham Əliyevə zəng etdi

ilham_eliyev
2018-04-12 17:24 Baxılıb:   39

Aprelin 12-də Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Milletinsesi.az xəbər verir ki, Xaltmaaqiyn Battulqa İlham Əliyevi prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib, ona Azərbaycan xalqının və dövlətinin rifahı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Prezident Xaltmaaqiyn Battulqaya minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında əlaqələrin bundan sonra daha da möhkəmlənəcəyini əminliklə qeyd ediblər.

 

Bənzər xəbərlər