20 : 02 17 dekabr
   
Siyasət

Dünya liderləri İlham Əliyevi təbrik edir

2018-04-14 12:54 Baxılıb:   46

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevi seçkidə qazandığı qələbə münasibətilə təbrik edib.

Milletinsesi.az xəbər verir ki, bu bardə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Səsvermənin nəticəsi seçicilərin güclü və çiçəklənən Azərbaycanın qurulması istiqamətində aparılan ardıcıl siyasətlə yüksək həmrəyliyini təsdiq etmiş oldu. Əminəm ki, Sizin dövlət başçısı kimi məsul vəzifədəki fəaliyyətiniz bundan sonra da ölkənin iqtisadi gücünün və beynəlxalq nüfuzunun artırılmasını təmin edəcək, dost Belarus-Azərbaycan dövlətlərinin münasibətlərinin hərtərəfli inkişafına töhfə verəcək”, - təbrikdə qeyd olunub.

Lukaşenko həmçinin İlham Əliyevə möhkəm can sağlığı, xoşbəxtlik, tükənməz enerji və nəzərdə tutulan planların həyata keçirilməsində uğurlar arzulayıb.

***

Azərbaycan Prezidenti İlham Əliyevi seçkilərdə qazandığı inamlı qələbə münasibətilə təbrik edirəm.

Bunu Ukrayna Prezidenti Pyotr Poroşenko özünün Tvitter səhifəsində yazıb.

“Ümid edirəm ki, Ukrayna-Azərbaycan strateji əməkdaşlığı daha da möhkəmlənəcək. Prezident Əliyevi səbirsizliklə Kiyevdə gözləyirəm!”, - Poroşenko bildirib.

Qeyd edək ki, ötən gün seçkilərin ilkin nəticəsi açıqlanandan dərhal sonra Rəcəb Tayyib Ərdoğan telefon açaraq, İlham Əliyevi təbrik etmişdi.

***

Rusiya Prezidenti Vladimir Putin, Özbəkistan Prezidenti Şövkət Mirziyayev, Tacikistan Prezidenti İmaməli Rəhman, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov və Moldova Prezidenti İqor Dodon, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik ediblər.

***

Türkmənistan Respublikasının Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov və Qətər əmiri Şeyx Tamim bin Həməd əl-Sani, Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMTİP/BMT-nin Əhali Fondunun rezident nümayəndəsi Qulam İshaqzai Azərbaycan Prezidenti İlham Əliyevi ölkədə keçirilmiş prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

***

Avrasiya Yəhudi Konqresinin baş direktoru Haim Ben-Yakov, Avrasiya Yəhudi Konqresinin idarə heyətinin rəhbəri Aaron Frenkel və Avrasiya Yəhudi Konqresinin prezidenti Mixail Mirilaşvili Azərbaycan Prezidenti İlham Əliyevi ölkədə keçirilmiş prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

***

Kanadanın “Worldwide News” elektron qəzetinin baş redaktoru Noor Əli, Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir əl-Sabah, Moldova Respublikasının Prezidenti İqor Dodon Prezident İlham Əliyevi seçkilərdəki qələbə münasibətilə təbrik ediblər.

***

Avropa Şurasının Baş katibi Torbörn Yaqland İlham Əliyevə yenidən prezident seçilməsi münasibəti ilə təbrik məktubu göndərib.

 

Bənzər xəbərlər