03 : 00 20 iyul
   
Kriminal

Azərbaycanda 26 yaşlı gəlin güllələndi

2018-04-14 14:48 Baxılıb:   51

Qazax rayonunda güllələnmə hadisəsi baş verib.

 

APA-nın qərb bürosunun xəbərinə görə, hadisə rayonun Yuxarı Salahlı kəndində baş verib. Kənddə yaşayan 1992-ci il təvəllüdlü Mehriban Məsimova güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

 

 

Məlumata görə M. Məsimova 2 il əvvəl başqa kənddən Yuxarı Salahlıya gəlin köçüb və bir övladı var.

 

Onun gecə saat 3-4 radələrində münaqişə zəminində ov tüfəngindən açılan atəş nəticəsində xəsarət aldığı bildirilir.

 

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları atəş açan şəxsin tapılması istiqamətində tədbirlər həyata keçirirlər.

 

Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.

Bənzər xəbərlər