13 : 42 23 aprel
   
Səhiyyə

Bu çörək ziyandır - MÜTƏXƏSSİS XƏBƏRDARLIQ EDİR

2018-04-15 12:21 Baxılıb:   9

Son zamanlar çörək yeməyin insan orqanizminə inanılmaz zərərləri barədə mütəxəssislər həyəcan təbili çalır.

Xüsusilə də sənaye mayası ilə hazırlanan çörəyin zərərələrinin olduqca çox olduğu bildirirlir. Bəs bütün bu söylənənlər nə dərədcədə doğrudur?

Milletinsesi.az Ailem.az-a istinadən bununla bağlı həkim-mütəxəssis, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyevanın məqaləsini təqdim edir.

Mayanın və mayadan hazırlanan çörəyin ziyanı: mif və ya reallıq?

Maya - tək hüceyrəli göbələklərin 1500 növü üçün vahid addır, duru və yarımduru qidalı mühitlərdə yaşayırlar. Maya göbələkləri həm oksigenli mühitdə, həm də anaerob mühitdə yaşaya bilirlər. Onlar torpaqda, suda və heyvanların bağırsağında məskən salırlar. 1 sm yetişmiş xəmirdə 120 mln yaxın maya hüceyrələri olur.

Çörəkçilik sahəsində mayanın aktiv istifadəsi XX əsrin 40-cı illərinə təsadüf edir. Bu zamana kimi ənənəvi olaraq çörəyi mayaotu, biyan kökü, çovdar və digər mayalanma vasitələri ilə bişirirdilər. Bundan başqa, çörək keyfiyyətli dənli taxıl unundan bişirilirdi və şübhəsiz müasir çörəklərdən faydalı idi.

Niyə bəs çörəkbişirmə mayaları tamamilə təbii mayalanma vasitələrini sıxışdırıb çıxartdı? Cavab aydındır: sənaye maya göbələklərinin köməyi ilə bişirilən çörək daha asan və tez bir zamanda bişirilir. Mayanın qulluğa ehtiyacı var, təbii maya qidalı mühitə və temperatura daha "tələbkardır". Alınma maya isə - seleksiya məhsuludur və istənilən bir şeyi qaldıra bilər.

Çörəkçilik mayası və mayalı çörək: fayda və ya zərər

Mayanın orqanizm üçün faydası haqqında çox eşitmişik. Rəsmi tibbin rəyinə əsasən, maya pəhriz zülal məhsulu hesab edilir, tərkibində 66% zülallar, çox sayda vitaminlər və minerallar vardır. Tərkibində K, P, Mg, Ca, Fe, B qrup vitaminlər, vitamin H, fol və paraaminobenzoy turşusu, metionin və lesitinin olması mayanı yaxşı qida əlavəsi edir. Mayanın tərkibində faydalı maddələrin olması - sübut edilmiş faktdır, amma insan orqanizmi tərəfindən nə dərəcədə mənimsənilməsi sual olaraq qalır.

Bənzər xəbərlər