03 : 08 20 iyul
   
Kriminal

Saxta yuyucu vasitələr satan şəxslər saxlanılıb

0348a9490591854906b00b5a53ef5cd5
2018-04-16 15:11 Baxılıb:   21

Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisində müxtəlif ərazilərdə səyyar formada saxta yuyucu vasitələrinin satılması barədə məlumat daxil olub. ​


DİN-dən Milletinsesi.az-a verilən xəbərə görə, məlumatla əlaqədar Gəncə ŞBPİ-nin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz tədbirlərlə "Ford-Transit” markalı avtomobil müəyyən edilərək şəhər ərazisində saxlanılıb.

​Polis əməkdaşları Gəncə şəhər sakini Rail Abdıyevin idarə etdiyi avtomobildən zavod istehsalı olmayan 401 ədəd məişətdə istifadə edilən yuyucu kimyəvi maddə (Fairy), 297 ədəd boş "Ariel” salafan paketləri və 1 ədəd həmin paketlərin qablaşdırılması üçün istifadə edilən ütü aşkar ediblər. ​Götürülən maddi sübutlar ekspertizaya göndərilib. Faktla bağlı araşdırma aparılır.

Bənzər xəbərlər