03 : 20 20 iyul
   
Gündəm

Səfirimiz Qətərin nəqliyyat naziri ilə görüşdü - Foto

2018-04-16 15:24 Baxılıb:   23

Azərbaycan Respublikasının Qətər səfiri Rəşad İsmayılov Qətərin Nəqliyyat və Rabitə naziri Cassem bin Saif əl-Sulaiti ilə görüşüb.

Milletinsesi.az xəbər verir ki, tərəflər görüşdə nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları sahələrində ikitərəfli əlaqələrin mövcud vəziyyəti və həmin sahələr üzrə əməkdaşlığın inkişafı yollarını müzakirə ediblər.

Səfirimiz görüş zamanı Cassem bin Saif əl-Sulaitiyə ölkəmizin nəqliyyat sektorunda həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi və dəmir yolu xətlərinin yenilənməsi barədə məlumat verib.

R.İsmayılov ötən ilin oktyabrında açılış mərasimi baş tutan Bakı-Tiflis-Qars dəmir yolu xəttinin Avropa və Asiya ölkələri arasında yüklərin daşınmasında tranzit ölkə kimi Azərbaycanın rolunun artmasına diqqət çəkib. Səfir həmçinin, hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin tikintisi üzrə aparılan işlərdən danışıb.

Bənzər xəbərlər