23 : 11 17 iyul
   
Gündəm

19 kəndi birləşdirən yol ilk dəfə təmir edilir

2018-04-17 10:13 Baxılıb:   20

Neftçalanın 19 kəndini əhatə edən 47 km-lik yol yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Milletinsesi.az-a verilən məlumata görə, Xolqaraqaşlı marşrutu üzrə 47 km uzunluğunda avtomobil yolunun yenidən qurulmasına start verilib.

Yol uzun müddət istismar olunmasına baxmayaraq, heç vaxt əsaslı şəkildə təmir edilməyib. Neftçala-Xolqaraqaşlı yolu 4-cü texniki dərəcəyə uyğun bərpa edilir. Bunun üçün yolun deformasiyaya uğramış hissələri 200 min kub metr sahədə qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək yolun profilə salınması işləri görülür. Asfaltlanma işləri 280 min kv/m sahəni əhatə edəcək.

Artıq yola 378 paqon-metr müxtəlif diametrli suötürücü dəmir-beton boruların quraşdırılması, başlıqlarının dəmir-betonla tikilməsi və izolyasiyası işləri aparılıb.

 

Bənzər xəbərlər