03 : 03 24 sentyabr
   
Dünya

Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi təxirə salındı

2018-04-17 10:58 Baxılıb:   20

ABŞ prezidenti Donald Tramp şəxsən Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinin təxirə salınması barədə göstəriş verib.   Virtualaz.org "The Washington Post”a istinadən xəbər verir ki, bu qərarı dövlət başçısı müşavirləri ilə görüşdən sonra qəbul edib.   Mənbəyə əsasən, iclasda Tramp müşavirlərinə bildirib ki, o, son qərarı qəbul edənə qədər sanksiyalar barədə verilmiş rəsmi bəyanatlardan narazıdır.   "Administrasiyanın nümayəndələri qeyd ediblər ki, Rusiya tərəfdən heç bir səbəb olmadan Tramp çətin ki, yeni sanksiyaların tətbiqini təsdiq etsin. O, bu strategiyanı gözləmə rejimi adlandırıb”, - mənbə yazır.   Xatırladaq ki, dünən ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Rusiyaya qarşı yeni sanksiyaların tətbiq ediləcəyini bildirmişdi.

Bənzər xəbərlər