12 : 54 17 dekabr
   
Ölkə içi

Balıq tutmaq üçün dənizə çıxmış şəxsin axtarışlarına başlanılıb

2018-04-17 11:23 Baxılıb:   30

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 16 aprel 2018-ci il tarixində balıq tutmaq məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu ərazisindən dənizə çıxmış 1989-cu il təvəllüdlü Həmidzadə Şəhriyar Paşa oğlu geri qayıtmayıb.     Milletinsesi.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.   Axtarış işləri barədə əlavə məlumat veriləcək.

Bənzər xəbərlər