23 : 20 17 iyul
   
Kriminal

Bakıda üç nəfəri maşın vurub, piyadalardan biri ölüb

2018-04-17 13:06 Baxılıb:   22

Bakıda üç nəfəri maşın vurub.     Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milletinsesi.az-a verilən məlumata görə, aprelin 16-da saat 23 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində qəsəbə sakini Orxan İsmayılov idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçən Abşeron rayon sakinləri - Murad Zeynalovu, Kamil Ağayevi və Nicat Vahabovu vurub.   Nəticədə K.Ağayev hadisə yerində ölüb, digər 2 nəfərə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.   Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Bənzər xəbərlər