23 : 23 17 iyul
   
Sosial

“ASAN xidmət”ə 21 milyonuncu müraciət

2018-04-17 15:33 Baxılıb:   20

"ASAN xidmət”ə 21 milyonuncu vətəndaş müraciəti qeydə alınıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynovun verdiyi məlumata görə, bu müraciətin sahibi Xaçmaz şəhər sakini Şahvar Yusufov olub. O, Xaçmaz şəhərində Səyyar ASAN xidmətə müraciət edərək ASAN qatarda Ədliyyə Nazirliyinin notariat xidmətindən yararlanıb.

21 milyonuncu müraciətin sahibi kimi Şahvar Yusufov təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, hazırda 13 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba və Mingəçevirdədir. Bundan başqa regionlarda 10 Səyyar ASAN xidmət avtobusu və Səyyar ASAN qatar vasitəsi ilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir.

 

Bənzər xəbərlər