23 : 23 17 iyul
   
Kriminal

Şirvanda piyadanı vuran avtomobil yoldan çıxaraq gölə düşüb

2018-04-17 15:45 Baxılıb:   18

Şirvanda baş verən yol-nəqliyyat hadisəsi zamanı piyada ağır kəllə-beyin travması alıb, avtomobildə olan sərnişin isə xəsarət alıb.     Hadisə Şirvan şəhərinin qərb girişində qeydə alınıb. Şirvan sakini, 1993-cü il təvəllüdlü Elvin İsgəndərovun idarə etdiyi "Mercedes” markalı, 10 RU 830 dövlət nömrə nişanlı avtomobillə yolu keçən Şirvan sakini, 1962-ci il təvəllüdlü Alxanov Fikrət Əflan oğlunu vurub.   Bundan sonra avtomobil yoldan çıxararaq gölə düşüb.   Piyada və avtomobildə olan sərnişin, sürücünün qardaşı-1989-cu il təvəllüdlü Sakit İsgəndərov xəsarət alaraq Şirvan Mərkəzi şəhər xəstəxanasına yerləşdirilib.   Faktla bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır. (APA)

Bənzər xəbərlər