02 : 58 20 iyul
   
Flaş

Ölüləri dəfn etmək əvəzinə - uçurumdan asırlar - FOTOLAR

2018-04-17 16:57 Baxılıb:   35

Flipindəki İgorot qəbiləsinin 2000 illik qeyri-adi ənənəsi bugün də davam edir.

Ölkənin ən çox əhali yaşayan Luzonda Kordillera dağlarında yaşayan qəbilədəki yaşlı insanlar öz tabutlarını hazırlayır və tabutları dəfn etmək yerinə uçurumun kənarından asılmış şəkildə saxlayırlar.

İgorotlar ölülərin bu şəkildə əcdadlarının ruhuna daha yaxın olduqlarına inanırlar.

Ölülər tabuta qoyulmadan öncə taxtadan hazırlanmış"ölü stolu”nun üzərində yarpaqlarla örtülmüş bir şəkildə çürümələri gecikdirilir. Beləcə ölünün yaxınları cənazəni bir neçə gün ziyarət edirlər.

Ölünün yaxınları özlərinə şans gətirəcəyinə inanaraq ölünün su toplamış cəsədindən öz üzərlərinə su damlasın deyə gözləyirlər.
Son dövrlərdə bu kəndə tabutları görmək üçün gəlmiş turistlər də olub. Kəndlilərdən Bangyay adlı qadın artıq daha az uçurum məzarlığının olduğunu, amma bu ənənənin davam edəcəyini deyib.

metbuat.az

Bənzər xəbərlər