13 : 55 19 aprel
   
Dünya

Rusiya xaricdə oxuyan tələbələri geri çağırır

2018-04-17 17:05 Baxılıb:   13

Rusiya ilə dostluq münasibətində olmayan ölkələrdə təhsil alan rus tələbələr ölkəyə qaytarılacaq.

Millletinsesi.az xəbər verir ki, bu barədə “Kommersant” yazıb.

“Highly Likely Welcome Back” və ya “Evə qayıtmaq vaxtıdır” adlı sözügedən layihəni MDB, xaricdə yaşayan həmvətənlərlə işlər və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentliyi həyata keçirir. Layihədə ilk növbədə Böyük Britaniyada oxuyan tələbələrin geri qaytarılması nəzərdə tutulur.

Layihə təşkilatçılarının fikrincə, tələbələrin əhəmiyyətli hissəsi siyasi səbəblərə görə vətənlərinə qayıtmaq istəyirlər və onlara yardım etmək lazımdır. Çünki burada söhbət tələbələrin təhlükəsizliyindən gedir.

“Gənc rusların ölkəmizə qarşı dostluq münasibətində olmayan dövlətlərdə baş verə biləcək təxribatlar zamanı xəsarət ala biləcəyi barədə ciddi qorxular var”, - layihənin moderatoru Oksana Buryak deyib.

Rusiyanın Xarici İşlər Nazirliyi tələbələrə artıq bir neçə yüz tələbəni qəbul etməyə hazır olan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsillərini davam etdirməyi təklif edib.

 

Bənzər xəbərlər