23 : 37 16 oktyabr
   
Kriminal

Cəlilabadda "Qazel" və avtobus toqquşub: 1 ölü, 3 yaralı var

2018-04-18 10:20 Baxılıb:   23

Cəlilabad rayonunda "Qazel" markalı yük maşını ilə sərnişin avtobusunun toqquşması nəticəsində ölən şəxsin kimliyi məlum olub.    Rayonun Alar kəndi ərazisində qeydə alınan qəzada həyatını itirən Masallı rayonunun Əhmədli kənd sakini, 1981-ci il təvəllüdlü Mehman Zakir oğlu Qəfərovdur.   O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib.   Qeyd edək ki, qəzada yaralanan 3 nəfər Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.   Faktla bağlı araşdırma aparılır. (APA)

Bənzər xəbərlər