07 : 31 27 may
   
Dünya

Yaponiya Rusiyaya etiraz etdi

2018-04-19 13:13 Baxılıb:   16

Yaponiya Kuril adaları rayonunda yerləşən şərqi hərbi dairənin tədris-təlim komplekslərində aparılan yoxlamalar çərçivəsində aviasiya və Sakit okean donanması gəmilərinin iştirakı ilə keçirilən irimiqyaslı təlimlərə görə Rusiyaya etirazını bildirib.   Bu barədə aprelin 19-da Tokioda keçirilən mətbuat konfransında Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa bəyan edib.   Baş katib deyib: "Bu dörd adada Rusiyanın hərbi iştirakının güclənməsi bizim mövqeyimizlə düz gəlmədiyinə görə, diplomatik kanallar vasitəsilə etirazımızı bildirmişik. Məsələnin tam həlli üçün biz ilk növbədə bu adaların ərazi mənsubiyyətini həll etməliyik”.   NHK telekanalının bildirdiyinə görə, 2,5 min heyət üzvünün qatıldığı təlimlərdə 800-dək hərbi texnikadan istifadə olunur. Təlimlərin əsas fərqli cəhəti dəniz üzərindəki obyektlərə döyüş atəşinin açılması və PUA-lardan istifadə olunmasıdır. (AZƏRTAC)

Bənzər xəbərlər