23 : 37 16 oktyabr
   
Kriminal

Piyadanı vurub qaçdı, 3 gün sonra tapıldı

2018-04-21 12:41 Baxılıb:   32

Saatlıda piyadanı vurub öldürməkdə şübhəli bilinən sürücü saxlanılıb.

 

Milletinsesi.az-ın DİN-in saytına istinadən məlumatına görə, aprelin 17-də Saatlı rayonunun Qara Nuru kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən kənd sakini Habil Məmmədov vurulub.

 

 

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Renault” markalı avtomobilin sürücüsü - İmişli rayon sakini Qədir Quliyev saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Bənzər xəbərlər