23 : 34 16 oktyabr
   
Dünya

Rusiyada təyyarənin sərt eniş etməsi nəticəsində iki nəfər ölüb

2018-04-21 17:09 Baxılıb:   152

 Rusiyanın Xakasiya bölgəsində yüngül motorlu təyyarənin sərt eniş etməsi nəticəsində iki nəfər ölüb.

Milletinsesi.az-ın TASS-a istinadən verdiyi məlumata görə, Xakasiyanın Altay rayon vahid dispetçer xidmətindən hazırda ölənlərin kimliyinin müəyyənləşdirildiyi bildirilib. 

"Həmin şəxslər təyyarədə olublar, hava gəmisinin düşdüyü yerdə dağıntı və tələfat qeydə alınmayıb", - xidmətdən qeyd olunub.

Təyyarənin hansı fiziki və hüquqi şəxsə məxsus olduğu barədə hələlik məlumat yoxdur.

Bənzər xəbərlər