00 : 19 16 avqust
   
Köşə yazarları

Suriyanın vurulmasını dəstəkləməyimiz ikili standartları dəstəkləmək deməkdir

2018-04-21 18:16 Baxılıb:   992

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının müvafiq  Qətnaməsi olmadan nəinki, Suriyanın hər hansı bir dövlətin ərazisinin başqa dövlətlər tərəfindən vurulması beynəlxalq hüquq normalarına, eləcə də  BMT əsasnaməsinə ziddir. ABŞ başda olmaqla İngiltərənin və Fransanın suveren dövlətə hərbi müdaxiləsi güc nümayişidir və konfliktin uzanmasına xidmət edən faktdır, eyni zamanda da beynəlxalq hüququn ancaq zəif dövlətlər üçün, “ikinci dünya”  üçün yazıldığına bir daha sübutdur. 

     Buna baxmayaraq ABŞ və müttəfiqlərinin atdığı raketlərin zərərsizləşdirilməsi və  14.04.2018-ci il tarixli Rusiya Müdafiə Nazirliyinin brifinqi bir daha göstərdi ki, Suriya güclü dövlətlərin hərbi poliqonudur  və bu münaqişədə əsasən iki tərəf var: qərb- Rusiya. Suriyada və regionda qərbin iqtisadi maraqlarının arxa plana keçməsi görünüşü müvəqqəti xarakterlidir və qərbin həm geosiyasi və iqtisadi maraqlarına (regionun enerji resurslarına yiyələnmək və tranzitinə)  başlıca əngəl olan məhz Rusiyadır. ABŞ və koalisiyanın Suriyaya atdığı raketlərin 99%-nin  Suriya  Hava Hücumundan Müdafiə  qüvvələri tərəfindən vurulması və qərbin heç bir hərbi məqsədə və hədəfə çatmaması bu döyüşdə Rusiyanın qələbəsi kimi qiymətlənməlidi. 
Rusiyanın MN-nin brifinqində etiraf etdiyi kimi “Suriya HHM” qüvvələrinin Rusiya tərəfindən idarə olunması və təkminlədirilməsi faktı qərb ölkələrini bir daha fikirləşməyə məcbur etdi və çox güman ki, ABŞ və qərb ölkələri hərbi əməliyyatlarını nəzərə çarpacaq dərəcədə genişləndirən deyil.
    Suriyada Bəşər Əsədin rejiminin çevrilməsini biz nə qədər çox istəsək də nəzərə almalıyıq ki, güclü və böyük dövlətlərin BMT  TŞ-nın Qətnamələrinə məhəl qoymaması və ya BMT  TŞ-nın müvafiq Qətnaməsi  olmadan Suriyaya hərbi müdaxilələri ümumilikdə dünyanın kiçik dövlətlərin bütövlüyünə və müstəqilliyinə  təhlükə mənbəyidir! Kiçik və “ikinci dünya” ölkələrinin  müstəqil xarici siyasətinə məhdudiyyət çərçivəsidir.

    Fələsitinə dair, Pakistanın Kəşmir  əyalətinin Hindistan  işğalından azad edilməsinə dair, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Qarabağ və Qarabağ ətrafı rayonların azad edilməsinə dair, Gürcüstanın  Abxaziya və Asetiya dair, Ukraynanın Donbasa və Krımına dair Beynəlxalq qurumlarının və başlıcası BMT-nin TŞ-nın Qətnamələrinin icra edilməməsi, Suriyanın isə Qərb dövlətləri tərəfindən BMT  TŞ-nın Qətnaməsi olmadan vurulmasını dəstəkləməyimiz heç bir normaya sığmır. Bu addımla biz ikili yanaşmanın tərəfdarı olduğumuzu isbat etməklə digər dövlətlərdən Azərbaycanın Qarabağ məsələsinə ikili yanaşmadan əl çəkəcəklərinə ümid etməyimiz sadəlövhlükdür və Suriyanın vurulmasını dəstəkləməyimiz ikili standartları dəstəkləmək deməkdir.

   Almaniyanın və Fransanın aparıcı siyasi ekspertləri Suriyanın BMT  TŞ-nın müvafiq Qətnaməsi olmadan vurulmasını hərbi təcavüz adlandırır.


Əlavə olaraq qeyd edim ki, ABŞ başda olmaqla qərb ölkələrinin Bəşər Əsəd rejiminin çevrilməsinə hələ ki maraqlı deyil ona görə ki, Bəşər Əsəd rejimi ABŞ-n Suriyada mövcudluğuna, Rusiya ilə mübarizəsinə və Rusiya iqtisadiyyatının zəifləməsinə,   Putin hakimiyyətinin silkələnməsinə, islam dünyasının məhvinə, Türkiyəyə və İrana təhdidə ümumilikdə isə regionun təzyiqdə saxlanılmasına xidmət edən amildir. Eyni zamanda müharibənin məhz islam dövləti ərazisində və müsəlmanlar arasında getməsi bu müharibənin sonunu uzaqlaşdıran səbəblərdəndir.

Odur ki, Bəşər Əsəd hakimiyyəti hələlik ABŞ və qərb ölkələrinin maraqlarını təmin etdiyindən müəyyən vaxta kimi Bəşər Əsəd hakimiyyətdə saxlanılacaq necə ki, ABŞ başda olmaqla qərb beynəlxalq terrorçu yetərincə Usama ben Laden “xidmətindən” yararlandıqdan sonra məhvinə qərar verildi. Odur ki, ABŞ-ın rejissoru olduğu Suriya adlı film-müharibə davam edəcək...

Dadaşov Vüqar Piri oğlu

1-ci Qarabağ müharibəsi veteranı, hüquqşünas, politoloq

Bənzər xəbərlər