23 : 36 16 oktyabr
   
İdman

“Qarabağ” “Sumqayıt”a, “Qəbələ” “Neftçi”yə qarşı - Yenilənir

2018-04-22 16:23 Baxılıb:   32

Bu gün Topaz Premyer Liqasında 24-cü tura yekun vurulacaq.

Milletinsesi.az-ın Qol.az-a istinadən məlumatına görə, 2-ci oyun günündə 3 qarşılaşma keçiriləcək.

Əvvəlcə “Səbail” “Kəpəz”i qəbul edəcək.

Digər matçda lider "Qarabağ" "Sumqayıt"ın qonağı olacaq. Qurban Qurbanovun komandası "Sumqayıt”ı məğlub edərsə, 2017/18 mövsümünün qalibi adını vaxtından əvvəl təmin edəcək. Bu, Ağdam klubunun ardıcıl beşinci, ümumilikdə altıncı çempionluğu olacaq.

Avrokuboklar uğrunda mübarizə aparan komandalar - "Neftçi" və "Qəbələ" 8-ci kilometr qəsəbə stadionunda üz-üzə gələcəklər.
 
22 aprel (bazar)

17:00. “Səbail” – “Kəpəz”
Hakimlər:
 Ramil Diniyev, Elşən Acalov, Vüsal Qənbərov, Vüqar Həsənli
“Bayıl Arena”

19:00. “Neftçi” – “Qəbələ”
Hakimlər:
 İnqilab Məmmədov, Rza Məmmədov, Vaqif Musayev, Əliyar Ağayev
8-ci km qəsəbə stadionu

19:00. “Sumqayıt” – “Qarabağ”
Hakimlər
: Ömər Paşayev, Namiq Hüseynov, Mübariz Haşımov, Rauf Cabbarov 
Sumqayıt Şəhər stadionu

Bənzər xəbərlər