23 : 36 16 oktyabr
   
Əyalət

Ermənistanda etiraz aksiyaları  bu gün davam etdirəcək

2018-04-23 09:55 Baxılıb:   30

Ermənistanın sabiq prezidenti Serj Sərkisyanın ölkənin baş naziri seçilməsinə qarşı keçirilən etiraz aksiyalarının iştirakçıları hərəkat liderlərinin saxlanılmasına baxmayaraq, yürüş və nümayişləri davam etdirəcəklər.

Milletinsesi.az  RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu bazar günü İrəvanda keçirilən mitinqdə "Vətəndaş müqaviləsi" partiyasının nümayəndəsi Ruben Rubenyan deyib.

"Əvvəlki günlərdə olduğu kimi, bizim mərkəzdən kənarlaşdırılmış aksiyalarımız 08.15 (Bakı vaxtı ilə eynidir) başlayacaq. O, tamamilə dinc xarakter daşıyacaq", — deyə Rubenyan bildirib.

Bənzər xəbərlər