18 : 55 21 sentyabr
   
Köşə yazarları

Aslan İsmayılovun erməni sevgisinin kökləri haradan qaynaqlanır ?!

2018-05-03 13:39 Baxılıb:   44

Fikir vermişəm, son vaxtlar mənim üstümə qısqırtdıqlan adamların çoxu ermənilərin dostu çıxır. Bunu dərindən təhlil edəndə belə qənaətə gəlirəm ki, burada təsadüf ola bilməz. Demək, həmin adamlar şəbəkə kimi formalaşıb və kiminlərəsə hücum etməklə bağlı təlimatları yiyələrindən alırlar. Bu günlərdə daha çox şantajçı kimi tanınan bir həmkarımdan belə cəhd gördüm. Layiqli cavabını alandan sonra, məni bloka atıb aradan çırdı. Vallah, hələ ona layiq olduğu cavabı tam vermədim. Sizi inandırıram ki, qaçmasaydı, ona çox gözəl xatırlatmalar edəcəkdim və yəqin ki, abır-həyası olsaydı, insan içinə çıxmağa belə çətinlik çəkəcəydi. Hiss etdim ki, o, qaçmaqla estafeti yaxın dostu olan, bir neçə dəfə vəkillikdən qovulan, indiki işi isə pullu reklamla izləyici topladığı səhifəsində məmurları, tanınmış iş adamlarını şantaj edən, əsl adı Allahverdi olan, sonradan Aslan İsmayılova çevrilən bir canlıya verib.

Bu Aslan da  şantaj vasitəsi kimi istifadə etdiyi səhifəsində götürüb mənim barəmdə həqiqətə uyğun olmayan, böhtanlar yazıb. Əslində, bu günlər ərzində yaşananlara sevindim. Çünki bir çox kələflərin ucu aydın görünməyə başladı. Bəzi məsələlərlə bağlı əvvəl ehtimalım olubsa, indi əminliyim yarandı ki, Aslan elə-belə güruldamır. Demək ki, onun da güc aldığı ciddi adamlar var və arxasında konkret məmurlar dayanır. Aslan İsmayılov mənim adımı, ölkəmizdə olan ” Yumurta mafiyası “nın adamı qismində çəkir və iddia edir ki, rəhbəri olduğum “Azinforum” saytı, Prezident Adminstrasiyasının yüksək çinli bir adamı tərəfindən maliyyələşdirilir. Sonra həmin məmuru da “yumurta işi”nə calamağa cəhd edir. Bu adla şantaj olunanların sırasında biz tək deyilik. Aslan İsmayılovun Feysbuk sosial şəbəkəsindəki səhifəsini mütəmadi izləsəniz görərsiniz ki, o, ölkənin bir çox yüksək çinli məmurlarının adını da yumurta məsələsində hallandırıb. Onda isə sual yaranır: – Aslanın özü toyuq deyil ki, yumurtalasın, fermer deyil ki, yumurta istehsal etsin, axı onun yumurta ilə nə əlaqəsi ola bilər?

Bax, burası çox maraqlıdır. Demək, Aslan bu işə, Azərbaycana yumurta idxal edən əcnəbi bir şirkətə görə girişib. Günlərin birində həmin şirkətlə alver edən azərbaycanlı iş adamı görür ki, yumurta idxal edən şirkətin əsas ortaqları ermənilərdir. Bu , rəsmi sənədlərdə də əks olunur – İstəyənlərə təqdim edə bilərəm. İki il bundan əvvəl bu məsələ, media gündəmini zəbt etdi. Daha doğrusu, Aslan İsmayılov həmin ermənilərə vəkillik etməyi boynuna götürəndən sonra, indi bizi şantaj etdiyi səhifəsi və bir neçə sayt vasitəsilə ermənilərlə iş birliyindən imtina edən milli düşüncəli bir iş adamını şantaj etməyə başladı. Şəxsən mən bu mövzu ilə bağlı xəbərlərin təqdimatının ilkin mərhələsində Aslanın mövqeyinə daha çox yer vermişəm. Çünki o, əvvəl məsələni başqa kontekstdən izah edirdi. Deyirdi ki, qardaş Türkiyədən olan bir şirkətə hansısa iş adamı milyonlarla dollar pul “atıb “. Sonra qarşı tərəf danışdı və məlum oldu ki, yaranmış qalmaqalın kökündə ermənilərlə şəriklikdən imtina amili durur.

 

Foto-Aslan İsmayılov

Bunu biləndən sonra balanslı informasiyalar verməyə başladıq. Yumurta mövzusunda yazdığımız bütün məqaləlrdə Aslanın mövqeyinə birmənalı olara yer vermişik. Hətta onu tərifləyən Azadlıq qəzetinin redaktoru Sücəddin Şərifovun müəllif yazısını da saytımızda xəbər olaraq yerləşdirmişdik. Ancaq baxın görün, Aslan nə edir? Məhz öz səhifəsində şantaj ediyi adamlar barədə yazılan müsbət şərhləri silir. Qarşı tərəf olaraq fikir yazanların səhifəsinə girişini bloklayır. Şəxsən mənə və bir çox şantaj etdiyi adamlara qarşı eyni addımı atıb. Bizim isə ondan fərqli davranışımız ona olan sevgimizdən qaynaqlanmayıb. Öz peşə etikamıza hömətlə yanaşdığımızı isbatlamışıq. Bax, Aslanın dəfələrlə məni və Azinforum.az saytını şərləməyə cəhd etməsinin kökündə bu amil durur. Mən, bu canlı haqqında bir qədər araşdırma apardıqdan sonra gördüm ki, onun adından tutmuş, bütün fəaliyyiəti saxtakarlıq üzərində qurulub.

Aslanın canfəşanlıq etdiyi mövzulardan biri də “Sumqayıt hadisələri” ətrafındadır. Bu mövzuda kitab yazır, sayt açır və s. Bilirsiniz niyə? Çünki hadisələrə verilən hüquqi qiymətlə bağlı prosesdə Aslan İsmayılov prokuror olub. O vaxtda ermənilərin tərəfini saxlayaraq, bir neçə azərbaycanı barəsində güləllənmə istəyib. Yaxşı kı, onun səhvini prosesə sədrlik edən hakim Mansur İbayev düzəldib. Sözügedən hakim hazırda sağdı. Jurnalistlər müraciət edib maraqlana bilər. Bax, Aslanın “Sumqayıt işi” ilə bağlı etdiyi bütün canfəşanlığın kökündə həmin dövrdə yol verdiyi prokuror qələtini malalamaq niyyəti durur. “Sumqayıt hadisələri”ni törədən ermənilər olubsa, onda Aslan İsmayılov niyə bir neçə azərbaycanılının gülələnməsini istəyirdi? Bilirdi ki, o vaxtkı SSRİ adlı bir quruluşda öz millətinə qarşı belə qəddarlığa imza atanları yaxşı perspektiv gözləyir. O zaman ağlından belə keçməyib ki, quruluş dağılar və həmin vaxt etdiyi böyük xəyanət onun üçün baş qaxıncına çevrilə bilər. Amma proseslərin gedişi göstərir ki, Aslan həmin əməllərindən heç də peşman olmayıb. Ermənilərə vəkillik etməyini, bunun barzi nümunəsi saya bilərik.

Bu adam eyni zamnda şikayət edir ki, onun barəsində bir neçə məhkəmə hökmü və cinayət təqibi var. Bilirsiniz onlar nə ilə bağlıdır? Vətəndaşlar bunun böhtan və şantajlarından zara gəldiyi üçün. Məhkəmələr vasitəsilə hüquqlarının , şərəf və ləyaqətlərinin müdafiəsinə qalxmalı olurlar və nəticədə Aslan barədə doğru qərarlar verilir. Mənim rastlaşdığım situasiyaya fikir verin. Adam heç bir ciddi əsas olmadan mənim, kiminsə tərəfindən maliyyələşdirildiyimi yazır, məni hansısa mafiyanın üzvü elan edir və ən nəhayət daima tənqid etdiyim bir adamın müdafiəsinə qalxdığımı qeyd edir. Hamısı böhtan olmaqla yanaşı, mənim cəmiyyətdəki jurnalist reputasiyama ciddi xələl gətirmək istəyir. Mən nə etməliyəm? Gedib onu təpiyin altına salmalıyam ki, sonra Aslan məni tutdursun?! Yox, mən belə tərbiyənin yiyəsi deyiləm. Aslanın addımları ilə bağlı ona xas davranış ortaya qoyub, onu təhqir etməliyəm? Bu da mənlik deyil. Yeganə yolum məhkəməyə müraciət edib, öz hüquqlarımı, şərəf və ləyaqətimi qorumaq qalır. Əminəm ki, belə olacağı təqdirdə Aslan barədə daha bir məhkəmə hökmü qüvvəyə minmiş olacaq. Hazırlaşsın!

Məhəmmədəli QƏRİBLİ,

Azinforum.az İnformasiya Portalının Baş redaktoru

Bənzər xəbərlər