17 : 34 15 noyabr
   
Köşə yazarları

Görünməyən "mənzərə"də talanan milyardlar

2018-05-03 19:04 Baxılıb:   211

Azərbaycanın görünməyən “mənzərəsi”ni  düşünəndə ölkəyə neftdən gələn milyardların ələ keçirilməsi uğrunda gərgin mübarizə getdiyini anlayırsan. Hər dəfə işdən çıxarılan  nazir və komitə sədrlərinin 2 milyard və ondan artıq miqdarda vəsaitin oğurladığı və kimlərəsə atdığı ortaya çıxır.

Əli  İnsanovdan tutmuş, Səlim Müslümova qədər olan oliqarxlar üçün taladığı  milyardlar heç nə kəsb etmir. Sanki , bu  belə də olmalıdır. Bu qurbanlıqlar vəzifədən gedən kimi, onların  yerlərinə keçən digərləri  öz təyinatlarını bayram edirlər. Etsinlər! Milyard-milyard oyunlarını davam etsinlər..

Sonuncu- adı milyardalar oğurlayan kimi çəkilən Səlim Müslümüov bu qədər pulu hardan aldı? 

Heç kəsə sirr deyil ki, ünvanlı sosial yardımların ildə altı ayı vətəndaşa, altı ayı isə Sosial Müdafiə Fonduna qayıdırdı.Vətəndaşlar buna könüllü razı olurdular və deyirdilər ki, havayı puldur da gəlir, verməsələr nə edəcəyik?  Belə çıxır ki, bu milyardların mənbəyi xalqın cibinə gedən məvacibdən oğurlanıb və bu payda hər bir Azərbaycan vətəndaşının da günahı  var. Buna oğurluq deyilirsə, qeyd edilən məbləğ xalqa qayıtmalıdır. Amma qayıtmayacaq! Talan davam edir.. 

Bəs  talanan sərvətin həqiqi sahibi olan millətin günahı nədir? Bir vedrə su oğurluğunun qarşısını almaq üçün milyonlar xərcləyib, su xətlərini dəyişən  Azərsu  ASC-nin yuxarı eşalonunda  eşələnənlərin milyardları hardan çeşmələnir.? Məcburiyyətdən ayda 5-10 manat  qabağa düşmək üçün özünə “levi” xətt yaratmaq istəyənləri 250 manatdan yuxarı cərimə edənlər, istismar müddəti bitmiş magistral xətlərdən sızan milyonlarla kubmetr suyun zərərinin qarşısını belə almalıdırlarmı?

 Yaxud şəxsi avtomobilimizdə etdiyimz hər bir hərəkəti  izləmək üçün ən bahalı aparatlara milyonlarla pul xərcləyənlər saatlarla tıxacda qalaraq etdiyimiz maddi və mənəvi ziyanların aradan qaldırılması haqqında düşündülərmi?

Heç düşündülərmi, 300-400 manat əmək haqqı ilə vətəndaşımız  onlara məxsus dəbdəbəli hipermaketlərdə, üzərində od tutub yanan qiymətlər  yazılmış mallara illərlə həsrət qalır?

Korrupsiya və talanla milyardlar qazanan məmurlara ictimai nəzarət də sıfıra endirilib. Qəbul olunan qanunlar sırf məmurlara  xidmət edir. Belə olmasaydı;

Rüşvət alanla rüşvət verənin hər ikisi məsuliyyətə cəlb edilməzdi. Vətəndaşın (məmurun) icazəsi olmadan, onun gizli səsinin yazılması və videoçəkilişinin aparılması qadağan edilməzdi. Məmur övladlarının kef məclislərinin və bahalı həyat tərzlərinin ictimailəşdirilməsi qadağan edilməzdi.

Qanunda olan eybəcərliyə  baxın; xidmət həyata keçirərkən özbaşnalıq edən  məmurun icazəsi olmadan onun çəkilişini aparmaq olmaz. Demək, bir şəxs cinayət edir, ona yaxınlaşıb deməlisən  ki, vətəndaş icazə olar,  sənin çəklişini aparım? Və yaxudda gözlə cinayət etmə gedim hüquq mühafizə orqanlarından bu anı foto və ya videolentə almaq üçün icazə alım, sonra “işini” görərəsən. Yaxud , kim xoşluqla rüşvət verir?

 Bilirsinizki, bütün dövlət idarələrinin əksəriyyətində rüşvət verməsən sənin heç bir işin görülməyəcək. Məcburiyyət qarşısında qalıb tərləməli olursan.

 

Bir fakt deyim:  Xətai rayonunun Əbilov qəsəbəsində fərdi ev tikən “maklerlər” tikinti apardıqları ərazidə ağac  kəsdiyi üçün məsuliyyətə cəlb olundular və cəriməsini ödədilər. Lakin buna baxmayaraq onlar həbs edildilər. Niyə? Çünki orda-burada danışırdılar ki, aidiyyatı orqanlara rüşvət verib, tikinti aparıblar. Amma rüşvət alanlar öz isti kabinetlərində rahatlıqla oturublar. Səbəbi  isə onu sübut etmək üçün heç bir dəlil ortaya qoya bilməyiblər. Əvvəllər səs yazısı və gizli çəkilişlər məhkəmələrdə sübut kimi götürülürdüsə, indi məlum qanunlara görə bu qadağandır.  Demək rüşvətxorluğun inkişafına yönələn qanunları da çox  gözəl düşünüblər. Ya rüşvət verib işini aşıraraq rüşvət alan qədər məsuliyyət daşımalısan, ya da ömrün sonuna qədər qapılar ağzında gözləməlisən.

Düşünmədikləri yalnız bir şey var- o da xalqın hər gün pisləşən güzaranıdır.

 Talıb Əhədov

Bənzər xəbərlər