03 : 06 24 sentyabr
   
Mədəniyyət

Xalq artisti Fuad Poladov vəfat edib

2018-05-05 11:49 Baxılıb:   80

Azərbaycanın xalq artisti Fuad Poladovla vida mərasimi keçirilir.

Milletinsesi.az APA-ya istinadən xəbər verir ki, mərhum sənətkarın yaşadığı binanın həyətində yas çadırı qurulub. Vida mərasimində teatr və kino xadmiləri, ictimaiyyət nümayəndələri iştirak edir. Ailəsindən bildirilib ki, vida mərasimi 14.00- dək davam edəcək.

Mərhum "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

F. Poladov vida mərasiminin evində keçirilməsini və "Qurd qapısı" qəbiristanlığında dəfn olunmasını özü vəsiyyət edib.

Qeyd edək ki, xalq artisti uzun sürən xəstəlikdən sonra ötən gün axşam saatlarında dünyasını dəyişib.

 

 

Bənzər xəbərlər