21 : 22 15 dekabr
   
Şou-Biznes

Ancelina Colidən qadınlara 5 İBRƏTAMİZ FİKİR

2018-05-08 12:10 Baxılıb:   75

"Yaşlanmaq gözəldir, həyat əlamətidir” deyən aktrisa Ancelina Colidən qadınların öyrənməli olduğu çox şey var.

Bu yazıda oxucuları 42 yaşlı kino ulduzunun 5 ibrətamiz fikri ilə tanış edirik:

"Harada olsam da, pəncərədən baxanda, kaş bu an başqa yerdə olsaydım deyə xəyal qururam”.

"Özümü nə vaxt itirilmiş hiss etsəm, xəritəyə baxar və dünyada kəşf ediləcək bir çox yerin, hekayənin və həyatın olduğunu özümə xatırladıram".

"Heç bir zaman həyatımı "Başqaları nə deyər” düşüncəsi ilə yaşamadım”.

"Ayrılığın öhdəsindən gəlmək üçün özümü ev işlərinə həsr edirdim, bütün gün uşaqlarımla vaxt keçirirdim. İtlərə baxdım, çirkli qabları yudum və uşaqlarıma yatmazdan əvvəl nağıl oxudum. Bu kimi hallarda uşaqların gözləri qarşısında deyil, duşda ağlamağa üstünlük verirəm. Siz əmin olmasanız belə, onların hər şeyin yaxşı olacağını düşünməsi çox mühümdür. Ümumiyyətlə heç kimin qarşısında ağlamayın, duşda ağlamaq daha gözəldir".

"Ölümü hər kəsdən çox düşünməyimin səbəbi həyatı çox, lap çox sevməyimdəndir”.

publika.az

Bənzər xəbərlər