12 : 54 14 avqust
   
Siyasət

İlham Əliyev məşhur şirkətin prezidenti ilə görüşdü - Foto

2018-05-09 17:10 Baxılıb:   63

Azərbaycan Prezidenti İlham Əliyev “DP World” şirkətinin prezidenti Sultan Əhməd bin Sulaimi qəbul edib.

Milletinsesi.az xəbər verir ki, Beynəlxalq Limanlar Assosiasiyasının Bakıda keçirilən illik konfransında iştirakından məmnunluğunu ifadə edən Sultan Əhməd bin Sulaim bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu və beynəlxalq əməkdaşlıq işinə mühüm töhfə verdiyini vurğulayıb.

O, hər dəfə Azərbaycana səfəri zamanı ölkəmizdə böyük inkişaf proseslərinin şahidi olduğunu, Bakıda xarici turistlərin sayının sürətlə artdığını müşahidə etdiklərini deyib.

Prezident İlham Əliyev Beynəlxalq Limanlar Assosiasiyasının illik konfransının Bakıda keçirilməsinin önəmini qeyd edib və bunu beynəlxalq nəqliyyat daşımalarında ölkəmizin rolunun artmasının göstəricisi kimi dəyərləndirib. Dövlət başçısı nəqliyyat infrastrukturu sahəsində Azərbaycanın son illər böyük uğurlar qazandığını deyib. Prezident İlham Əliyev digər sahələrdə olduğu kimi, ölkəmizdə turizmin inkişaf etdirilməsi sahəsində də ardıcıl addımların atıldığını, Azərbaycana müxtəlif ölkələrdən, o cümlədən Birləşmiş Ərəb Əmirliklərindən gələn qonaqların sayının durmadan artdığını qeyd edib.

Söhbət zamanı Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib.

Bənzər xəbərlər