03 : 03 24 sentyabr
   
Flaş

104 yaşlı alimin evtanaziya istəyi gerçəkləşdirildi: "Etmək istədiyim çox şey vardı"

2018-05-10 17:37 Baxılıb:   57

Həyat şərtləri pisləşdiyinə görə İsveçrədə bir evtanaziya mərkəzinə yerləşdirilən 104 yaşlı ingiltərəli alim Devid Qudallın istəyi bu gün gerçəkləşdirilib.

Evtanaziya qərarı mübahisələrə səbəb olan alim isə prosesdən əvvəl mətbuat konfransı keçirib.

Onun sözlərinə görə, bir insanın ölməsi üçün onun ölmək istəməyi yetərli olmalıdır.

“Biri ölmək istəyirsə, buna heç kim müdaxilə etməməlidir”.

Evtanaziya ilə bağlı prosedurları dəqiq bilmədiyini deyən alim, iynə vurulacağını və bəzi ailə üzvlərinin həmin vaxt yanında olacağını bildirib. Mətbuat konfransında alimin üzərindəki köynəkdə “Utanc verən qocalma” sözləri yazılıb.

“Son 6 ildir gözlərim görmür, son 2 ildə isə bir sıra qabiliyyətlərimi itirdim. Artıq yaşamaq istəmirəm, bu həyatı sona çatdırmaq imkanım olduğuna görə xoşbəxtəm”.

Alimin jurnalistlərin suallara cavab verərkən eşitməkdə çətinlik çəkdiyi diqqətdən qaçmayıb. Lakin o, bütün suallara dəqiq cavab verib.

Ömrünün son saatlarında Bethovenin “Ode to Joy” adlı əsərini dinləmək istədiyini deyib. 104 yaşlı alimin mübahisələrə səbəb olan evtanaziya qərarı bu gün gerçəkləşdirilib:

“Etmək istədiyim çox şey vardı, amma bunlar üçün çox gecdir. Həyata keçirmədən dünyadan getdiyimə görə də xoşbəxtəm”.

Qeyd edək ki, Devid Qudall geobotanika və ekoloji statistika üzrə mütəxəssisdir.(Publika.az)

Bənzər xəbərlər