12 : 54 14 avqust
   
İdman

Tarixi cəza alan Arda Turana bir bəd xəbər də FİFA-dan gəldi

2018-05-11 16:23 Baxılıb:   26

Xəbər verdiyimiz kimi, “Başakşəhər”də icarə əsasında çıxış edən “Barselona”nın futbolçusu Arda Turan Türkiyə Superliqasının 32-ci turunda doğma meydanda "Sivasspor"la oyunda yan xətt hakiminə hücum etdiyi üçün ağır cəzaya məruz qalıb.

Arda 16 rəsmi matçda iştirak etməyəcək və 19 000 tl cərimə ödəyəcək.

Milletinsesi.az xəbər verir ki, Ardaya bir bəd xəbər də FİFA-dan gəlib.

Belə ki, 31 yaşlı futbolçunu nə icarə, nə də transfer bu cəzadan qurtara bilməyəcək.

FİFA qaydalarına görə, futbolçu dünyanın hansı klubuna gedirsə-getsin, bu cəzanı çəkəcək.

FİFA-nın İntizam Qaydalarının 12-ci maddəsi məhz bu qaydanı ehtiva edir.

Bənzər xəbərlər