12 : 54 14 avqust
   
Sosial

DİQQƏT! Bu yolda hərəkət məhdudlaşdırılacaq

2018-05-14 12:19 Baxılıb:   106

Bakıda avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bəzi yollarda hərəkət hissə-hissə məhdudlaşdırılacaq.

 

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Milletinsesi.az-a verilən məlumata görə, Lökbatan-Qobu-Hökməli avtomobil yolunda yeni üfüqi nişanlanma xətlərinin çəkilişi ilə əlaqədar olaraq bu gün saat 11:00-dan etibarən hərəkət hissə-hissə məhdudlaşdırılacaq.

 

 

Məhdudlaşma axşam saatlarınadək qüvvədə olacaq.

Sürücülərdən hərəkət istiqamətlərinə uyğun öncədən alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Bənzər xəbərlər