12 : 54 14 avqust
   
Sosial

209 gömrük əməkdaşı məsuliyyətə cəlb olundu

2018-05-14 14:19 Baxılıb:   134

2017-ci il ərzində aşkar edilmiş xidməti pozuntulara görə 209 gömrük əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.

Milletinsesi.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinin rəisi, gömrük xidməti polkovniki Fuad Qasımov "Gömrük orqanlarının fəaliyyətində şəffaflıq və hesabatlılıq" mövzusunda ictimai müzakirədə deyib.

İdarə rəisi bildirib ki, adı korrupsiyada hallanan 10 nəfər əməkdaşın adı prokurorluq orqanına göndərilib: "7 nəfər haqqında sənəd isə DGK- nın istintaq idarəsinə göndərilib.

 

2 nəfər tutduğu vəzifədən azad edilib. 1 nəfər aşağı vəzifəyə keçirilib. 5 nəfərin xüsusi rütbəsi aşağı endirilib, ona xəbərdarlıq edilib".

Fuad Qasımov qeyd edib ki, 47 nəfərə sonuncu xəbərdarlıq edilib, 114 nəfərə töhmət, 30 nəfərə isə xəbərdarlıq edilib.

Bənzər xəbərlər