07 : 26 27 may
   
İdman

Azərbaycan cüdoçusu Avropa kubokunun qızıl medalını qazanıb

2018-05-14 16:43 Baxılıb:   20

Rusiyanın Orenburq şəhərində cüdo üzrə Avropa kuboku yarışları keçirilib.   Turnirdə 60 kiloqram çəki dərəcəsində Azərbaycan finalı olub.   Belə ki, Mehman Sadıqov və Kəramət Hüseynov bütün rəqiblərinə qalib gələrək həlledici qarşılaşmada görüşüblər.   Nəticədə Mehman Sadıqov qızıl, Kəramət Hüseynov gümüş medal qazanıblar.   Qeyd edək ki, Orenburq turnirində 16 ölkədən 279 cüdoçu mübarizə aparıb.

Bənzər xəbərlər