12 : 54 14 avqust
   
Sosial

Naxçıvanda “Göycə” festivalı keçiriləcək

2018-05-14 16:55 Baxılıb:   97

Naxçıvan şəhərindəki "Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində muxtar respublikanın İqtisadiyyat, Kənd Təsərrüfatı, Mədəniyyət nazirliklərinin, şəhər və rayon icra hakimiyyətlərinin təşkilatçılığı ilə "Göycə” festivalı keçiriləcək.   AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, iki gün davam edəcək festivalın açılışı mayın 19-da olacaq.   Festivalda Naxçıvan şəhərindən, Şərur, Babək, Ordubad, Culfa və Kəngərli rayonlarından olan torpaq mülkiyyətçilərinin yetişdirdiyi müxtəlif növ göycə məhsullarının sərgi-satışı həyata keçiriləcək.   Festivalda göycə yetişdirən fermerlər arasında müsabiqə keçiriləcək, qaliblərə hədiyyələr təqdim olunacaq.   Qeyd edək ki, ötən illərdə Naxçıvanda keçirilən "Göycə” festivalları sakinlər, o cümlədən muxtar respublikaya gələn turistlər tərəfindən böyük maraqla qarşılanıb.

Bənzər xəbərlər