01 : 14 21 may
   
Kriminal

Bərdədə qatar traktoru vurub - 3 nəfər xəsarət alıb, birinin ayaqları amputasiya olunub - YENİLƏNİB

2018-05-16 12:00 Baxılıb:   20

Bərdədə qatarla traktorun toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.     Xəsarət alanların traktorda olan Bərdə rayonu Nazırlı kənd sakinləri - 1975-ci il təvəllüdlü Bağırov Zabil Vəli oğlu, onun qardaşı, 1969-cu il təvəllüdlü Bağırov Qabil Vəli oğlu və Şatırlı kənd sakini, 1988-ci il təvəllüdlü Quliyev Fəxri Tofiq oğlu olduğu bildirilir.   Traktorun sürücüsü olan Z.Bağırovun ayaqları amputasiya olunub.   Bərdədə qatar traktoru vurub.    Hadisə Bərdədə məcburi köçkünlər üçün salınmış qəsəbə ərazisində baş verib. Qəza zamanı traktorun qoşqusunda olan sərnişinlərdən xəsarət alanların olduğu bildirilir. Xəsarət alanlar Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.   Faktla bağlı araşdırma aparılır. (APA)

Bənzər xəbərlər