18 : 56 21 sentyabr
   
İdman

ABŞ-ın taleyi gələn ay Moskvada HƏLL OLUNACAQ

2018-05-16 12:12 Baxılıb:   23

İyunun 13-də 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının təşkilatçısının adı müəyyənləşəcək.

Publika.az xəbər verir ki, FİFA 2018 Dünya Çempionatının ev sahibi olan Rusiyanın paytaxtında konqres keçirəcək.

Koqresdə DÇ-2026-nın ev sahibinin adı məlum olacaq. Bu posta namizəd ABŞ, Meksika, Kanada üçlüsü və Mərakeşdir.

Konqresdə, həmçinin, 2022-cı ildə Qətərdə keçiriləcək Dünya Çempionatında iştirak edəcək komandaların sayı müzakirə ediləcək.

Cənubi Amerika Futbol Konfederasiyası mundial iştirakçılarının sayının 32-dən 48-ə çatdırılmasını təklif edib.

 

Təklif müzakirəyə çıxarılsa da, qəbul edilməsi real görünmür Çünki komanda sayının artması DÇ-dəki oyun sayının 64-dən 80-ə qalxması deməkdir. Bu da Qətər üçün problemə çevrilə bilər.

Xatırladaq ki, builki Dünya Çempionatı 14 iyun – 15 iyul tarixlərində Rusiyanın 11 şəhərində baş tutacaq.

Bənzər xəbərlər