12 : 34 22 iyul
   
Dünya

Hindistanda piyada keçidi çökdü - 18 nəfər öldü - VİDEO

2018-05-16 14:10 Baxılıb:   42

Hindistanın şimalında yerləşən Varanasi şəhərində piyada keçidinin çökməsi nəticəsində azı 18 nəfər həlak olub.

Dağıntılar arasından beş yaralı çıxarılıb, onlardan ikisinin vəziyyəti ağırdır.

Hadisə yerində xilasetmə tədbirləri davam etdirilir.

Baş nazir Narendra Modi Twitter sosial şəbəkəsində qəza ilə bağlı kədərini ifadə edərək yaralananlara şəfa diləyib.

Bənzər xəbərlər