01 : 23 21 may
   
Flaş

Kosmik zibilləri təmizləmək üçün lazerdən istifadə olunacaq

2018-05-16 15:24 Baxılıb:   32

Kosmik zibillərlə mübarizə üçün Beynəlxalq Kosmik Stansiyada lazer yerləşdirilə bilər.

Kosmik thəlükələr üzrə Şuranın ekspert qrupunun sədri, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Boris Şustov bu barədə bəyan edib.

 

Onun sözlərinə görə, Kosmik Araşdırmalar İnstitunda ilk peykin buraxılmasının 60 illiyi ilə bağlı keçirilən bayram tədbirində Rusiya, İtaliya, Fransa və Yaponiyadan olan alimlər Beynəlxalq Korporasiyanın yaradılması barədə qərara gəliblər.

 

«Onların hamısı bir neçə sm-lik, lakin saylarının çox olmasına görə ən təhlükəli kosmik zibillərlə toqquşmadan yayınma üçün BKS-ya yerləşdiriləcək orbital lazerlərin istifadəsi barədə düşünəcəklər», - deyə o, bəyan edib./faktxəbər

Bənzər xəbərlər