23 : 28 17 iyul
   
Dünya

ABŞ Suriyada yeni hərbi baza açdı

2018-05-16 17:35 Baxılıb:   20

ABŞ Suriyanın cənubundakı Deyr əz-Zor bölgəsində yeni hərbi baza yaradıb.

Axar.az xəbər verir ki, bu barədə Suriya Demokratik Qüvvələrinin Deyr əz-Zor bölgəsi üzrə mətbuat xidmətinin rəhbəri Mehdi Kobani danışıb.

Məlumata görə, yeni hərbi baza İŞİD-dən azad edilən ərazilərdə açılıb.

 

İŞİD-ə yaxın bölgədə olduğu üçün təhlükəsizlik tədbirləri çərçivəsində hərbi bazanın daxilində ABŞ bayraqları asılmayıb.

Xatırladaq ki, ABŞ-ın Deyr əz-Zorda 2, Suriyanın cənubunda isə 20 hərbi bazası var.

 

Bənzər xəbərlər