07 : 27 27 may
   
Kriminal

Axtarışda olan 35 nəfər saxlanılıb

2018-05-17 12:00 Baxılıb:   15

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 96 cinayət faktından 22-nin üstü "isti izlər”lə açılıb.   Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milletinsesi.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış altı cinayətin açılması təmin olunub.   Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə dörd nəfər, borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.   Respublikanın avtomobil yollarında baş vermiş iki yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, dörd nəfər xəsarət alıb.   Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli yeddi, qanunsuz saxlanılan silah-sursatla bağlı üç fakt müəyyənləşdirilib.   Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.

Bənzər xəbərlər