00 : 02 17 oktyabr
   
Sosial

Universitetlərə qəbul olmaq istəyənlərə İKİNCİ ŞANS

1f3359e3dcd31375644d82ce24fb81ff
2018-05-17 12:12 Baxılıb:   24

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi yenidən aktiv edilib.

Dövlət İmtahan Mərkəzindən Milletinsesi.az-a verilən məlumata görə, mayın 17-dən iyunun 14-dək bir sıra kateqoriyadan olan abituriyentlər elekton ərizələrini doldura bilərlər.

Elektron ərizələrində ali təhsil müəssisələrinin I‑IV ixtisas qrupları üzrə keçirilən yaz imtahanında iştirak etmək istədiyini qeyd etmiş abituriyentlər yay imtahanında da iştirak etmək istədikləri halda qeyd olunan tarixlərdə qeydiyyatdan keçməlidirlər.

Təsdiq olunmuş elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV, V ixtisas qruplarına və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) aid üç bənddən birini və ya ikisini seçən abituriyentlərə digər bənd(lər)i də seçməyə icazə verilir.

29 mart – 30 aprel tarixlərində elektron ərizə qəbulunda iştirak etməyən abituriyentlər isə (həm cari, həm də əvvəlki illərin məzunları) ərizələrini doldurub təsdiq etməklə (və ya DİM və onun regional bölmələrində yaradılacaq SQK-da təsdiq etdirməklə) ali təhsil müəssisələrinin I-IV (yalnız ikinci imtahanda iştirak etmək şərtilə), V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə təqdim edə bilərlər. Bu kateqoriyadan olan rus bölməsinin abituriyentləri isə mayın 29-dək elektron ərizələrini təsdiq etməlidirlər ki, 10 iyun tarixində keçiriləcək Azərbaycan dili fənni üzrə imtahanda iştirak edə bilsinlər.

22 aprel 2018-ci il tarixində rus bölməsi abituriyentləri üçün keçirilmiş “Azərbaycan dili” fənni imtahanında "qeyri-məqbul" qiymət alan və ya iştirak etməyən abituriyentlər də ikinci imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər. Elektron ərizələrini 11-30 aprel tarixlərində təsdiq edən rus bölməsinin abituriyentləri isə “Azərbaycan dili” fənni imtahanına birbaşa olaraq qeydiyyatdan keçmiş hesab olunur və onlar ikinci imtahanda iştirak edəcəklər.

Bənzər xəbərlər