07 : 26 27 may
   
Kriminal

Bakıda ağır qəza: qadın öldü

2018-05-17 12:46 Baxılıb:   25

Dünən Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

 

Milletinsesi.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 16-da saat 7 radələrində Nərimanov rayonunun Ə.Qayıbov küçəsində Quba rayon sakini Ələmşah Sultanov idarə etdiyi “Dong Feng” markalı yük avtomobili ilə yolu keçən Şəmkir rayon sakini Nərmin Sadıqovanı vurub.

 

Nəticədə piyada hadisə yerində ölüb.

 

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Bənzər xəbərlər