21 : 26 15 dekabr
   
Dünya

Məscidlərdə davranış normaları qanunla tənzimlənəcək

2018-05-17 15:20 Baxılıb:   123

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) məsciddə davranış normalarına dair yeni qanun qəbul edilib.   AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin dövlət başçısı ölkədəki məscidlərin hamısına tətbiq olunacaq yeni federal qanun imzalayıb.   Sənədə əsasən bundan sonra müvafiq lisenziya olmadan məsciddə yemək paylamaq və ya yemək, mühazirə və ya moizə təşkil etmək, ianə və ya digər yardım toplamaq, habelə dini, yaxud sosial tədbirlərin təşkilinə müvəqqəti, yaxud daimi heyətdən adamlar təyin etmək olmaz.   Yeni qaydalara əsasən iş axtaranlar yalnız BƏƏ vətəndaşları olmalı, keçmişdə məhkəmə məsuliyyətinə, polisə cəlb edilmiş olmamalıdır. Məsciddə işləmək istəyən şəxsin adı şərəf və ləyaqəti tapdalandığı işlərdə hallanmamalı, yaxud işə götürülərkən bütün ittihamlar üzərindən götürülmüş olmalıdır.   Qanun, həmçinin tələb edir ki, məsciddə işləyənlər siyasətə cəlb edilmiş hər hansı cinayətkar qrupun üzvü olmamalı, yaxud istənilən növ təşkilati işi aparmamalıdır.   Onlara məsciddən kənarda moizə oxumaq, dini təlim keçmək, kütlə qarşısında Quranı əzbər oxumaq qadağan edilir.     Məscid işçiləri səlahiyyətli orqanın razılığı olmadan KİV-də çıxış edə bilməz, habelə üçüncü şəxsdən istənilən növ ianə və maliyyə yardımı qəbul edə bilməzlər.   Bununla yanaşı, məsciddə sədəqə diləmək, yaxud məscidin təhlükəsizliyini təhdid edən, onun müqəddəsliyinə toxunan hər hansı hərəkət etmək olmaz.

Bənzər xəbərlər