03 : 04 24 sentyabr
   
İdman

Milli komandaya çağırılmayan futbolçu əsəbiləşib karyerasını bitirdi

2018-05-17 17:50 Baxılıb:   139

“Bavariya”nın hücumçusu Sandro Vaqner milli komandadakı karyerasını başa vurduöunu açıqlayıb.

Buna səbəb onun Dünya Çempionatı üçün yığılan komandaya çağırılmamasıdır.

Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv 27 nəfərlik oyunçu heyətini dünən açıqlayıb və forvard xəttinə “Feyrburq”da forma geyinən Nils Peterseni qoyub.

Bundan xəbər tutan Vaqner futbol federasiyasına və baş məşqçiyə reaksiya olaraq milli komandadakı karyerasını bitirdiyini açıqlayıb. O, xəbəri öyrənərkən göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, ilk dəfə 29 yaşında milli komandaya çağırılan Sandro Vaqner 8 oyunda 5 qol vurub.(Publika.az)

Bənzər xəbərlər