06 : 10 17 oktyabr
   
Siyasət

  İlham Əliyev Vuçiçlə görüşdü

 

2018-05-21 12:25 Baxılıb:   28

Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç mayın 21-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Milletinsesi.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

***

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçin mayın 21-də rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Serbiya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandr Vuçiçi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Serbiya Prezidentinə raport verdi.

Prezident İlham Əliyev və Prezident Aleksandr Vuçiç fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Serbiya Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Serbiya Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Aleksandr Vuçiçə, Serbiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Azərbaycan və Serbiya prezidentləri rəsmi foto çəkdirdiblər.

***

Mayın 21-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç ilə təkbətək görüşü olub.

Görüşdə Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Ölkələrimiz arasındakı əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi. Serbiya Prezidenti Aleksandr Vuçiçin Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın inkişafına töhfə verəcəyi diqqətə çatdırıldı.

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Bənzər xəbərlər