15 : 25 18 iyun
   
Sosial

ASAN xidmətdə bir gün iş olmayacaq

2018-05-25 16:37 Baxılıb:   16

28 may – Respublika günü münasibətilə “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri - iş günüdür.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən Milletinsesi.az-a verilən məlumata görə, mayın 29-dan etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, hazırda 13 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba və Mingəçevirdədir.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.

Bənzər xəbərlər