05 : 49 17 oktyabr
   
Dünya

Paşinyan kütləvi həbslərə başladı

2018-05-26 15:32 Baxılıb:   124

Ermənistanın Milli Təhlükəsizlik Xidməti ölkədəki bir sıra oliqarxın yaxın adamlarının həbsinə başlayıb.

Milletinsesi.az xəbər verir ki, bu barədə informasiyanı “Jamanak” qəzeti yayıb. Həbs edilənlərin sayının onlarla olduğu bildirilib. Həbslərin xüsusilə Samvel Aleksanyanın yaxın adamlarına qarşı aparıldığı deyilib.

Qeyd edək ki, Aleksanyan Ermənistana şəkər və yağ idxalının monopoliyasını əlində saxlayır. O, Serj Sərkisyana yaxınlığı ilə seçilir. Aleksanyan Sərkisyan devrildikdən sonra avtomatik olaraq Nikol Paşinyanı dəstəkləyib. O, hətta baş nazir seçkisində Paşinyanın lehinə səs verənlər sırasında yer alıb.

Bənzər xəbərlər