15 : 25 18 iyun
   
İqtisadiyyat

“Equinor” Şimal dənizində 3 yeni quyu qazacaq

2018-05-26 15:41 Baxılıb:   115

Norveçin enerji nəhəngi "Equinor” şirkəti (əvvəlki "Statoil”) Şimal dənizində 3 yeni quyu qazmağı planlaşdırır.   AZƏRTAC xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.   Bildirilir ki, "Equinor” Şimal dənizindəki "Fram” yatağına yatıracağı yeni investisiyalardan sonra buradan əlavə 70 milyon barrel neft və qaz hasil edəcək. Yataqdakı ehtiyatlar demək olar ki, iki dəfə artacaq. Quyuların qazma işlərinə 2019-cu ilin əvvəlində başlanacaq və təxminən 1 il davam edəcək.   "Fram” Şimal dənizinin şimal hissəsində yerləşən neft-qaz yatağıdır. Buranın dərinliyi təxminən 350 metr təşkil edir. 1990-cı ildə kəşf edilən "Fram” yatağından bu günə qədər 13,5 milyard dollar gəlir əldə olunub.

Bənzər xəbərlər