05 : 50 17 oktyabr
   
Səhiyyə

Gilasın faydaları nələrdir?

2018-05-26 15:54 Baxılıb:   290

Milletinsesi.az xəbər verir ki,Yaz mövsümünün əvəzolunmaz meyvələrindən gilas, sanki şəfa anbarı Sağlamlığa bir çox faydası olan albalı cinsi problem yaşayanların da üzünü güldürür...

Gilas, C, A, K vitaminləri ilə fosfor, dəmir və kalsium kimi minerallar baxımından yaxşı bir mənbəyə malikdir. Mütəxəssislər, həzm problemi yaşayanlara albalı istehlak etmələrini təklif edirlər.

Gilasın faydaları:

Antioksidant təsiri ilə xərçəngə qarşı qoruma təmin edir.

Ürək və damar sağlamlığını qoruyur.
Yaddaş problemlərini aradan qaldırır.
Nevroloji xəstəliklərin görülme riskini azaldır.
Diabet riskini salır.
Dəri qoruyur, yaşlanma əlamətlərini gecikdirir.
İmmunitet sistemini gücləndirərək xəstəliklərdən qoruyur.
Yatmazdan bir neçə saat əvvəl gilas yesəniz əskik melatonin tamamlanır və yuxuya keçid asanlaşır.
Gilasın təkcə özü deyil, sapı da çox faydalıdır. Zibilə atdığınız gilas sapını qaynadıb, çayını etsəniz sağlamlığınız baxımından olduqca müsbət nəticələr əldə ede bilərsiz.

Bəs gilas saplağının faydaları hansılardı?

Xolesterin yaxşı gəlir

Sidik dərmanı xüsusiyyəti vardır. Sidik yolu infeksiya əngəlləmək üçün çox faydalıdır


Gilas tumu yağının faydaları

Gilas tumu yağının da dəri üçün çox faydası vardır. Masaj yolu ilə sürüldüyü təqdirdə həm qocalmağı gecikdirir, həm də dəridə tonika təsiri təmin edir. Eyni zamanda oynaq ağrılarının aradan qaldırılması və iltihab yaxşılaşdırılması üçün də gilas çəyirdəyi yağı istifadə edilə bilər.

Bu qədər çox faydası olan gilasın zərərləri var?

Gilasın təsirli bir zərəri yoxdur ancaq həddindən artıq yemək fərdlərdə yan təsirlərə səbəb ola bilər.

İshal və mədə qıcqırması kimi vəziyyətlər yaranar  həddindən artıq gilas istehlakı eyni zamanda bəzi insanlarda allergik reaksiyalar da göstərə bilər.

Mütləq lazım olduğu qədər istehlak edilməlidir.

Bənzər xəbərlər