05 : 50 17 oktyabr
   
İqtisadiyyat

Azərbaycan tütün və tütünün sənaye əvəzedicilərinin ixracını 20% artırıb

2018-05-26 16:28 Baxılıb:   115

 Bu ilin yanvar-aprel aylarında Azərbaycana 34 928,16 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.

Dövlət Gömrük Komitəsindən Milletinsesi.az -a verilən məlumata görə, bu, 2017-cı ilin eyni dövrü ilə müqayisədə 10 147,23 min dollar, yaxud 22,51% azdır.

Nəticədə ilin ilk 4 ayı ərzində ölkəyə idxal olunan tütün və tütün məmulatları ümumi idxalın 1,15%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycandan 3 984,40 min dollar məbləğində tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib ki, bu da əvvəlki illə müqayisədə 1 021,85 min dollar, yaxud 20,31% azdır.

Tütün və tütün əvəzedicilərinin ixracı ölkənin ümumi ixracının 0,15%-nə bərabər olub.

Bənzər xəbərlər