15 : 27 18 iyun
   
Gündəm

Ramil Usubov Bərdədə vətəndaş qəbulu keçirib

2018-05-26 16:52 Baxılıb:   135

 Daxili işlər naziri, general-polkovnik Ramil Usubov mayın 25-də və 26-da Bərdə şəhərində vətəndaş qəbulu keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milletinsesi.az a verilən məlumata görə, rayon polis şöbəsində baş tutan tədbirdə Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Xocalı, Naftalan şəhər və rayonlarından, eyni zamanda həmin bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlərdən müraciət edən 59 vətəndaş ilə görüşən nazir onların polis orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini şəxsən dinləyib, problemlərinin qanunvericiliyə uyğun şəkildə həlli üçün aidiyyəti baş idarə, idarə və xidmət, həmçinin ərazi polis orqanlarının rəislərinə konkret tapşırıqlar verib. 

Daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı olan məsələlərin əksəriyyəti elə yerindəcə öz həllini tapıb.

Bənzər xəbərlər